ABŞ Prezidenti Donald Trampın növbəti dəfə sosial şəbəkədə Vaşinqtonda Prezident İlham Əliyev və Nikol Paşinyanla keçirdiyi tarixi görüşün fotosunu paylaşması Ermənistanda müzakirələrə səbəb olub.
BUTA.TV xəbər verir ki, erməni politoloq Yervand Bozoyan bunun “Rusiyanın regiondan kənarda qalması mesajını vermək məqsədi daşıdığını” iddia edib.
Onun sözlərinə görə, bu prosesdə erməni cəmiyyətinin anlamadığı bir məsələ var:
“Ermənistan cəmiyyəti “Tramp marşrutu” (Zəngəzur dəhlizi) ilə bağlı təklifin Paşinyan tərəfindən verildiyini başa düşmür. Eyni danışıqlar Bayden administrasiyası ilə də aparılırdı. Əvvəlki administrasiyanın üzvü Obrayenin açıqlamalarında bu aydın şəkildə qeyd olunurdu. Azərbaycan bunu qəbul etmədi. Trampın dövründə isə Azərbaycanın istəklərinə uyğun variant üzrə razılaşma əldə edildi”.
- “Azərlotereya” ilə möhtəşəm əyləncə geri qayıdır!
- Bakının İzmit parkında söküntünün məqsədi... - Rəsmi
- Bakıda 33 dərəcə isti olacaq
- TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına buradan start verildi
- Zakir Həsənov Serbiyada rəsmi səfərdədir - Foto
- Piterdəki Baş Konsulluğumuz bu tarixdə bağlı olacaq
- “Qarabağ”ın rəqiblərinin adları bəlli oldu - “Ferentsvaroş”la qarşılaşacaq
- Azərbaycanda gələn həftə yüzlərlə obyekt bağlanacaq