Rusiyada Smolensk Vilayət Məhkəməsi dekabrın 24-də Smolensk vilayətinin "Milli Konqres" regional ictimai assosiasiyasının rəhbəri, yerli Azərbaycan diasporunun başçısı Faiq Əliyev barəsində çıxarılmış hökmü ləğv edib.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, iş yenidən baxılması üçün aşağı instansiya məhkəməsinə göndərilib.
Faiq Əliyevə hökm bu ilin oktyabrın 16-da Smolenskin Lenin Rayon Məhkəməsi tərəfindən çıxarılmışdı və o, məhkəmə zalında həbs edilmişdi. İctimai xadim və sahibkara ona məxsus restoran tərəfindən istehlak edilən elektrik enerjisinin ödənişi zamanı dələduzluq və bununla bağlı olaraq "Rosseti"nin yerli bölməsinin əməkdaşına rüşvət vermə ittihamları irəli sürülmüşdü.
Məhkəmə ona 4 il müddətinə azadlıqdan məhrumetmə və 8.4 milyon rubl (178 min AZN) məbləğində cərimə cəzası təyin etmişdi.
Müdafiə tərəfi bu hökmü apellyasiya qaydasında şikayət etmişdi. Xüsusilə, vəkil qeyd edib ki, birinci instansiya məhkəməsi Faiq Əliyevin təqsirini etiraf etməsi, peşman olması, hətta cinayət işi üzrə 840 min rubl məbləğində dəymiş ziyanı ödəməsi kimi hallara lazımi qiymət verməyib. Bundan əlavə, o, yalnız müsbət xarakterizə olunub.
Nəticədə vilayət məhkəməsi müdafiə tərəfinin arqumentləri ilə razılaşıb və işi yenidən baxılması üçün göndərib. Bununla belə, təqsirləndirilən şəxs 2026-cı il fevralın 24-dək həbsdə saxlanılıb.
- İrandan 32 kq narkotik keçirilməsinin qarşısı alındı - Foto
- Qaraşova sui-qəsd hazırlayan şəxs barəsində qərar
- Qızıl kreditini bu banka gətirənlərə endirim var
- ADU ilk dəfə RUR beynəlxalq reytinqində yer aldı
- Azadlıq prospektində qəribə hadisə - Maşının üzərində uzandı-Video-Yenilənib
- Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi - Video
- Sabah Bakıda 32 dərəcə isti olacaq
- Bu daşlardan Azərbaycanda da var - 1000 manata satılır