Fuad Qəhrəmanlı DTX-yə çağırıldı, məlum oldu ki...

20:12 - 12 Yanvar 2026 - GÜNDƏM

 Fuad Qəhrəmanlı DTX-yə çağırıldı, məlum oldu ki...

AXCP üzvü Fuad Qəhrəmanlı Ramiz Mehdiyev işi ilə bağlı DTX-yə dəvət edilib.

BUTA.TV xəbər verir ki, bu barədə Fuad Qəhrəmanlı özü məlumat yayıb.

“Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsindən zəng edib Ramiz Mehdiyev işi ilə bağlı ifadə almaq üçün məni idarəyə dəvət etdilər. Bildirdim ki, hazırda ölkədə yoxam və sualları telefon vasitəsilə ilə cavablandırmağa hazıram”, - o bildirib.

Fuad Qəhrəmanlı hansı ölkədə olduğu haqda məlumat verməyib.

Qeyd edək ki, PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev dövlətə xəyanət və hakimiyyətin zorla ələ keçirilməsinə cəhd ittihamı ilə ev dustaqlığına məhkum edilib. İstintaqa cəlb edilən AXCP sədri Əli Kərimli barəsində də həbs qətimkan tədbiri seçilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol