ABŞ Ticarət və İnkişaf Agentliyinin (USTDA) Yaxın Şərq, Şimali Afrika, Avropa və Avrasiya regionları üzrə regional direktoru Karl Kressin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıdan Ermənistana səfər edəcək.
BUTA.TV Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın İrəvandakı səfirliyi məlumat verib.
Qeyd edək ki, dünən Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı iki ölkə arasında enerji, ticarət, TRİPP marşrutu da daxil olmaqla regional bağlantılar, iqtisadi sərmayə kimi sahələrdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və ABŞ-nin özəl sektor nümayəndələrinin ölkəmizdə müvafiq infrastruktur və logistika imkanları ilə tanış olması, əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
- Ata-oğulun öldüyü hadisənin - Təfərrüatı
- Etibarnamə alıb-verənlərin nəzərinə! - Yeni qayda qüvvəyə minir
- “Prius” maneəyə çırpıldı: ölən var
- Bakıda şadlıq sarayının qarşısında kütləvi dava - Foto
- Evdə tək yaşayan 91 yaşlı qadın yanaraq öldü
- Əfqan Sadıqov həbs edildi
- Azərbaycanda 1 həftəlik ailəvi istirahətin qiyməti...
- Həyatını itirən 168 qızı unutmadılar... - Foto