Azərbaycandan benzin idxalı qiymətləri aşağı salıb.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Azərbaycan benzininin idxalı Ermənistan bazarında uzun müddətdir mövcud olan inhisarçıları mənfəətdən məhrum edəcək. Artıq qonşu ölkədən yanacaq tədarükü qiymətlərin orta hesabla 15% azalmasına səbəb olub”, - o bildirib.
Paşinyan Bakı ilə ticarət əleyhdarlarının narahatlıqlarını yersiz adlandırıb. O, Ermənistanın guya Azərbaycan iqtisadiyyatını və ordusunu maliyyələşdirdiyi iddialarını rədd edib.
Paşinyan tərəflər arasında sülhün bərqərar olduğunu və bunun institusional səviyyədə möhkəmləndiriləcəyini vurğulayıb.
- Ata-oğulun öldüyü hadisənin - Təfərrüatı
- Etibarnamə alıb-verənlərin nəzərinə! - Yeni qayda qüvvəyə minir
- “Prius” maneəyə çırpıldı: ölən var
- Bakıda şadlıq sarayının qarşısında kütləvi dava - Foto
- Evdə tək yaşayan 91 yaşlı qadın yanaraq öldü
- Əfqan Sadıqov həbs edildi
- Azərbaycanda 1 həftəlik ailəvi istirahətin qiyməti...
- Həyatını itirən 168 qızı unutmadılar... - Foto