Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupunun ikinci iclası keçirilib.
BUTA.TV xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iclas xarici işlər nazirinin müavini Elnur Məmmədov və dövlət katibinin köməkçisinin müavini Sonata Koulterin rəhbərliyi ilə onlayn formatda baş tutub.
İclasda ötən ilin avqustunda Vaşinqton Sülh Sammiti çərçivəsində Azərbaycan və ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Anlaşma Memorandumuna uyğun olaraq, iki ölkə arasında enerji, ticarət, tranzit də daxil olmaqla regional bağlantılar, iqtisadi sərmayə, müdafiə və təhlükəsizlik, terrorçuluqla mübarizə, eləcə də süni intellekt, rəqəmsal infrastruktur kimi sahələrdə strateji tərəfdaşlığın inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Strateji Tərəfdaşlıq Xartiyasının yekunlaşdırılması məqsədilə sənədin mətni üzərində müzakirələr davam etdirilib.
- Trampdan Netanyahuya sərt xəbərdarlıq - “Tezliklə tək qalacaqsan”
- Eldar Əzizovun oğlu yüksək vəzifəyə təyin olundu
- Vurulan gəmidə olan azərbaycanlıdan xəbər yoxdur - Video
- Bu gecə “qovuşurlar”
- Belarus klubu ev oyunlarını Sumqayıtda keçirəcək
- Sabah Bakının bu qəsəbələrində qaz olmayacaq
- Qırmızıda keçdi, irad bildirən sürücünün də maşınını vurdu - Video
- İyul imtahanları öncəsi mühüm xəbərdarlıq