Astara rayonunun Vaqo kəndində torpaq sürüşməsi baş verib.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, Pensərçayın kənddən keçən hissəsində beton bəndlər dağılaraq torpaq qatı ilə birlikdə çaya tökülüb.
Nəticədə kənd daxili yolun bir hissəsi iki hissəyə bölünüb. Sakinlər bildirirlər ki, çayın suyu çox olsaydı daha ciddi fəlakət yarana bilərdi.
Əraziyə aidiyyəti qurumların nümayəndələri cəlb olunub. Problemin qısa müddətdə həlli üçün çayın məcrası texnika vasitəsilə dəyişdirilir.
Astara Su Melorasiya Sistemləri İdarəsinin baş mühəndisi Fərid Yusifov deyib ki, problemin aradan qaldırılması o qədər də asan deyil.
Layihə İnstitutu və Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndələri əraziyə göndəriləcək və bəndlərin layihələndirmə işləri həyata keçiriləcək.
Fərid Yusifov bildirib ki, torpaq eroziyaya uğrayıb və nəticədə 1972-ci ildə tikilmiş 17 bust bənd çaya aşmışdır, digər 5 bəndə isə ciddi ziyan dəyib. İdarənin ekskavatoru ilə çay məcrasının istiqaməti dəyişdirilir, bəndlərin ətrafı təmizlənir.
Hazırda təhlükəsizlik məqsədilə ərazi lentlənib və nəqliyyat vasitələrinin keçidi ciddi nəzarət altındadır.
- Eldar Əzizovun oğlu yüksək vəzifəyə təyin olundu
- Vurulan gəmidə olan azərbaycanlıdan xəbər yoxdur - Video
- Bu gecə “qovuşurlar”
- Belarus klubu ev oyunlarını Sumqayıtda keçirəcək
- Sabah Bakının bu qəsəbələrində qaz olmayacaq
- Qırmızıda keçdi, irad bildirən sürücünün də maşınını vurdu - Video
- İyul imtahanları öncəsi mühüm xəbərdarlıq
- Ürəyi ikinci dəfə dayanan Eriksendən ilk - Açıqlama