Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev kollektivə təqdim edilib.
BUTA.TV xəbər verir ki, təqdimat mərasimindən əvvəl Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və Baş nazir Cabbar Musayev Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edib.
Nazirlər Kabinetinin kollektivinə təqdim edilən Baş nazir Cabbar Musayev çıxışında göstərilən yüksək etimada görə Prezident İlham Əliyevə minnətdarlıq edib.
Səlahiyyətli nümayəndə Ceyhun Cəlilov çıxış edərək Prezident İlham Əliyevin tapşırıqlarını diqqətə çatdırıb. Bildirib ki, Nazirlər Kabinetinin əsas vəzifəsi sosial-iqtisadi proqramların vaxtında və keyfiyyətlə icra edilməsidir. Atılan bütün addımların mərkəzində vətəndaş məmnunluğu və sosial ədalət prinsipləri dayanmalıdır.
- Trampdan Netanyahuya sərt xəbərdarlıq - “Tezliklə tək qalacaqsan”
- Eldar Əzizovun oğlu yüksək vəzifəyə təyin olundu
- Vurulan gəmidə olan azərbaycanlıdan xəbər yoxdur - Video
- Bu gecə “qovuşurlar”
- Belarus klubu ev oyunlarını Sumqayıtda keçirəcək
- Sabah Bakının bu qəsəbələrində qaz olmayacaq
- Qırmızıda keçdi, irad bildirən sürücünün də maşınını vurdu - Video
- İyul imtahanları öncəsi mühüm xəbərdarlıq