Aşıq Namiq Fərhaвoğlu və Tacir Şahmalıoğlu arasındakı "duel" daha da "alovlanıb".
"BUTA TV" milli.az-a istinadla xəbər verir ki, o, müğənni haqqında Vüsalə Əlizadənin verilişində danışıb: "Bundan əvvəl dediyi sözlərə cavabını vermişdim. Sonra məni yığdı ki, şəkərim var və s. Dedim, məndən yaşca böyüksən, 61 yaşın var, mənim isə 42, axıra qədər gedək? Dedi, yox. Razılaşdıq ki, adımı efirdə çəkməsin, mən də danışmayım".
Daha sonra Aşıq Namiq müğənninin fəaliyyətini tənqid edib:
"Nə qədər xanəndələrimiz var ki, dövlət tədbirlərində, beynəlxalq səviyyəli mərasimlərdə iştirak edirlər. Sən hansında olmusan? Moskvaya gedib kafedə oxumusan. Vaxtilə erməni mahnısı da oxumusan, toyda bığını qırxıblar.
Deyirsən, Namiq saz çalıb, "Bakılı" mahnısı oxuyub. O mahnı Eyyub Yaqubovun repertuarındandır. Sən onun səviyyəsinə çata bilməzsən. O ən elit toylara dəvət alır.
Səni neçə dəfə nə üstündə tutublar, çox şey bilirəm. Bir söz desən, on beşini deyərəm. Yanında başım aşağı deyil. Bu gün-sabah nəvələrin olacaq, ağıllı ol. Aşıq sənəti üçün 1 milyondan çox pul xərcləmişəm. Sən nə etmisən? Kafelərdə bayağı mahnılar oxumusan. Bir "Bayatı-Şiraz" oxumusan, müəlliminin üzünə ağ olmusan".
- Sabah Bakının bu qəsəbələrində qaz olmayacaq
- Qırmızıda keçdi, irad bildirən sürücünün də maşınını vurdu - Video
- İyul imtahanları öncəsi mühüm xəbərdarlıq
- Ürəyi ikinci dəfə dayanan Eriksendən ilk - Açıqlama
- Bu restorana şortla giriş qadağan edildi - Video
- Avtobusdan istifadə edənləri sevindirən qərar
- Ərdoğanın dəvəti ilə Türkiyəyə getdi
- Bu xanım şöbə müdiri təyin edildi