Yük maşını gölün kənarına yaxınlaşaraq, ora yük boşaldır.
Görüntülər Binəqədi rayonu 6-cı mikrorayon ərazisində yerləşən binalardan birinin pəncərəsindən qeydə alınıb. Videonu çəkən şəxs "Pitomnik bağı” kimi tanınan ərazidə parkın ləğv edildiyini iddia edir.
Səbəb kimi isə ərazidə binaların tikilməsi göstərilir. Məsələni araşdırmaq üçün həmin ünvana biz də yollandıq.
Parkda istirahət edən sakinlər də deyirlər ki, gölün doldurulması və parkın ləğv edilməsi xəbərləri həqiqəti əks etdirmir.
İddialarla bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, faktla bağlı aidiyyəti üzrə Binəqədi Rayon Polis İdarəsinə müraciət edilib. Sözügedən ərazidə mütəmadi olaraq iməciliklər həyata keçirilir və ağaclara aqrotexniki qulluq göstərilir. Eyni zamanda sabah Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən həmin ərazidə iməcilik keçiriləcək.
- Sabah Bakının bu qəsəbələrində qaz olmayacaq
- İşıqforda başlayan dava qəza ilə bitdi - Video
- İyul imtahanları öncəsi mühüm xəbərdarlıq
- Ürəyi ikinci dəfə dayanan Eriksendən ilk - Açıqlama
- Bu restorana şortla giriş qadağan edildi - Video
- Avtobusdan istifadə edənləri sevindirən qərar
- Ərdoğanın dəvəti ilə Türkiyəyə getdi
- Bu xanım şöbə müdiri təyin edildi