"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Moskva prospektinin "Şamaxı yolu" adlanan yol sahəsində hərəkətin təşkilində dəyişikliklər edilir.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, icra olunan layihəyə əsasən, dəyişiklikdən öncəki hərəkət trayektoriyaları nəzərə alınaraq Asif Məhərrəmov küçəsindən gələn nəqliyyat vasitələri sola - 20 Yanvar küçəsi istiqamətində dönərkən əvvəlki qaydada deyil, həmin küçənin paralel hissəsi ilə Moskva prospektinə çıxa biləcəklər.
Əlavə olaraq 4-cü mikrorayondan Moskva prospekti istiqamətində gələn nəqliyyat vasitələrinin də öncəki trayektoriya ilə deyil, yeni qayda ilə hərəkəti təmin olunacaq.
Eyni şəkildə, Asif Məhərrəmov küçəsinin əks istiqaməti ilə hərəkət edən nəqliyyat vasitələri xüsusi təhlükəsizlik adacığı ilə ayrılmış zolaq vasitəsilə 20 Yanvar küçəsinin paralel hissəsinə yönləndiriləcək və bu kəsişmədə həm 4-cü mikrorayon istiqamətində, həm də düzünə hərəkətlərini davam etdirə biləcəklər.
Bundan başqa, Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişmələrində, həmçinin bu kəsişmələrin yaxınlığında yerləşən geriyədönmə yerində hərəkət növbəliliyi işıqforla tənzimlənəcək.
Dəyişiklikləri əks etdirən videoqrafikanı təqdim edirik:
- İşıqforda başlayan dava qəza ilə bitdi - Video
- İyul imtahanları öncəsi mühüm xəbərdarlıq
- Ürəyi ikinci dəfə dayanan Eriksendən ilk - Açıqlama
- Bu restorana şortla giriş qadağan edildi - Video
- Avtobusdan istifadə edənləri sevindirən qərar
- Ərdoğanın dəvəti ilə Türkiyəyə getdi
- Bu xanım şöbə müdiri təyin edildi
- Turanın axtarışları davam edir - Foto