Aeroport şosesinin hər iki istiqamətində fevralın 21-də saat 02:30-dan 05:15-ə kimi hərəkət dayandırılaraq nəqliyyat vasitələri alternativ yollara yönləndirilicək.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, fevralın 21-də Suraxanı rayonu, Aeroport şosesində ("Buta Palace" yaxınlığı) yeni quraşdırılan elektron məlumat-sürət tablolarının üzərində olduğu metal konstruksiyada son tamamlama işləri görüləcək.
Bu səbəbdən qeyd edilən tarixdə 00:00-dan 05:45-dək Hava limanı yolundan (Hava limanı körpüsündən "Koroğlu" metrostansiyası istiqamətində, 02:00-dan 05:15-dək isə "Koroğlu" metrostansiyasından (Suraxanı dairəsi üzərindəki yol ötürücüsündən) Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Emin Ağalarov atasının ikinci evliliyindən danışdı - “Mediadan öyrəndim”+Video
Şosenin hər iki istiqamətində isə 02:30-dan 05:15-ə kimi hərəkət dayandırılaraq nəqliyyat vasitələri alternativ yollara yönləndirilicək.
Alternativ yol kimi, Mərdəkan şosesindən gələnlər (Hava limanına gedişdə məhdudiyyət olmayacaq) Zığ şosesinə, şəhər istiqamətindən gələnlər isə Suraxanı rayonu, Xanlar Ələkbərov və 14 İyul küçəsinə istiqamətləndiriləcək. Eyni zamanda sürücülər şəhərdən Hava limanı istiqamətinə alternativ olaraq 8 Noyabr prospektindən Zığ yoluna keçməklə də hərəkət edə biləcəklər.
- “Azərsun Holdinq” Biləsuvar Konserv Zavoduna mediatur təşkil edib
- Naxçıvanda 2800 illik yazı: Ermənilərə istinadla tərcümə edilib?
- Xaricdə təhsil üzrə sənəd qəbulu başa çatdı
- Prezident fərman imzaladı
- Prezidentdən Ramiz Fətəliyevlə bağlı sərəncam
- “Bakcell”in yeni baş icraçı direktoru o seçildi
- Novxanıda gizli narkobunker aşkarlandı - Video
- Şimşək, dolu, sel... - Xəbərdarlıq