Göyçay rayonunda çayxanada dava olub.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, hadisə fevralın 16-da axşam saatlarında şəhər ərazisindəki çay evində baş verib.
Rayon sakini 36 yaşlı Cavid Əhmədovun Göyçay şəhərində yerləşən çay evlərinin birində hündürlükdən yıxılaraq aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Araşdırmalarla müəyyən olunub ki, sözügedən obyektdə C.Əhmədovla 31 yaşlı Mehman Əsgərov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.
Mübahisə zəminində C.Əhmədov pilləkənlərdən yerə yıxılıb.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə M.Əsgərov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.
- Bu restorana şortla giriş qadağan edildi - Video
- Avtobusdan istifadə edənləri sevindirən qərar
- Ərdoğanın dəvəti ilə Türkiyəyə getdi
- Bu xanım şöbə müdiri təyin edildi
- Turanın axtarışları davam edir - Foto
- Naxçıvanda 2800 illik yazı: Ermənilərə istinadla tərcümə edilib?
- Xaricdə təhsil üzrə sənəd qəbulu başa çatdı
- Prezident fərman imzaladı