Bakıda "Neokolonializm və qlobal bərabərsizlik" mövzusunda beynəlxalq konfrans başlayıb.
BUTA.TV xəbər verir ki, tədbirə ilk dəfə olaraq müstəmləkə ərazilərində yerli əhali ilə bilavasitə ərazidə işləyən antropoloqlar və psixoterapevtlər, həmçinin bu ərazilərdə fəaliyyət göstərən müstəqillik hərəkatlarının rəhbərləri və neokolonializm sahəsində ixtisaslaşmış tədqiqatçılar qatılırlar.
Bugünkü konfransda iştirakçıların müxtəlif sosial və mədəni kontekstlərdə müstəmləkəçiliyə məruz qalmış xalqların travmatik və sosial təcrübəsinin öyrənilməsi ilə bağlı məsələləri, müstəmləkəçi dövlətlərin qanunsuz fəaliyyəti nəticəsində yaranan struktur problemləri müzakirə edəcəkləri gözlənilir.
Bu təcrübənin sənədləşdirilməsi, təhlili və beynəlxalq səviyyəyə çıxarılması üçün informasiyaya çıxış mövzusu da tədbirinin gündəmində olacaq.
Emin Ağalarov atasının ikinci evliliyindən danışdı - “Mediadan öyrəndim”+Video
Rəqəmsal və elmi platformaların beynəlxalq təşkilatların müvafiq virtual sistemləri ilə inteqrasiyası, kolonializmi tədqiq edən beynəlxalq tədqiqat qrupları, ekspertlər və məhkəmə materialları üçün əlçatanlığın təmin edilməsi məsələləri də bu gün nəzərdən keçiriləcək.
Qeyd edək ki, tədbir Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə keçirilir.
- “Azərsun Holdinq” Biləsuvar Konserv Zavoduna mediatur təşkil edib
- Naxçıvanda 2800 illik yazı: Ermənilərə istinadla tərcümə edilib?
- Xaricdə təhsil üzrə sənəd qəbulu başa çatdı
- Prezident fərman imzaladı
- Prezidentdən Ramiz Fətəliyevlə bağlı sərəncam
- “Bakcell”in yeni baş icraçı direktoru o seçildi
- Novxanıda gizli narkobunker aşkarlandı - Video
- Şimşək, dolu, sel... - Xəbərdarlıq