Milli Məclisin üzvləri və deputatları Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə yardım kampaniyasına başladılıb.
BUTA.TV xəbər verir ki, bunu bu gün keçirilən Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Tahir Mirkişili bildirib.
"Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə parlametin üzvləri və deputatları Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə yardım kampaniyasına qoşulublar. Bundan başqa biz Heydər Əliyev Fondu tərəfindən Türkiyəyə göstərilən humanitar yardıma da qoşulacağıq", - T. Mirkişili qeyd edib.
O bildirib ki, Azərbaycan xilasediciləri Türkiyədə baş verən zəlzələdə xilasetmə əməliyyatlarında aktiv iştirak edirlər: "Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarında 37 Türkiyə vətəndaşı sağ çıxarılıb. Artıq 7 yardım təyyarəsi və 14 TIR maşını Türkiyəyə yola salınıb. Bu proses bu gün də davam etdirilir".
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər