Ermənistandakı səfir Abbas Bədəxşan Zühurinin dünən səsləndirdiyi fikirlər İranın Cənubi Qafqazda nə qədər zəif olduğunun, məntiqsiz, ardıcıllığa əsaslanmayan siyasət aparmasının göstəricisidir.
Bu sözləri BUTA.TV-a açıqlamasında politoloq Fərhad Məmmədov səfir Abbas Bədəxşan Zühurinin ötəngünkü açıqlamasını şərh edərkən deyib.
Politoloq İranın öz mənfəətləri üçün Ermənistanı bada verdiyini vurğulayıb:
“Zəngəzur dəhlizi nəqliyyat və kommunikasiya xətlərinin açılması prosesinin tərkib hissəsidir. Səfirin dəhlizin açılmasına imkan verməyəcəkləri haqqında sözləri İranın bölgədə normallaşmaya, sülh müqaviləsinin imzalanmasına qarşı olduğunu bir daha sübut edir. Çünki Cənubi Qafqazda sülh İranın buradakı mövqelərini zəifdir.
Emin Ağalarov atasının ikinci evliliyindən danışdı - “Mediadan öyrəndim”+Video
Digər tərəfdən verilən bəyanatlar Tehranın İrəvanın maraqları hesabına regionda öz siyasətini gerçəkləşdirmək yolunu seçdiyini göstərir. Baxın, İran öz ərazisindən keçən dəhlizə qarşı deyil, lakin Ermənistan ərazisindən keçən dəhlizə qarşıdır. Yəni öz marağına görə Ermənistanın gələcəkdə iqtisadi inkişafını təmin edəcək Zəngəzur dəhlizinin gerçəkləşməsinə əngəl olur. İran rəsmiləri tez-tez bölgəyə kənar qüvvələrin gəlməsini istəmədiklərini deyirlər. Lakin AB-nin Ermənistana missiya göndərməsini az qalırlar ki, alqışlasınlar”.
Ekspertin sözlərinə görə, silah, yaxud da danışıqlar yolu ilə bölgədə Ermənistanla normallaşma prosesi başlayacaq və İran bunun qarşısını ala bilməyəcək.
- Prezidentdən Ramiz Fətəliyevlə bağlı sərəncam
- “Bakcell”in yeni baş icraçı direktoru o seçildi
- Novxanıda gizli narkobunker aşkarlandı - Video
- Şimşək, dolu, sel... - Xəbərdarlıq
- Binəqədidə küçədən neft çıxır? - Video
- Şuşa ilə bağlı mühüm təklif: Bu qadağan edilir
- Lisey və gimnaziyalara qəbul başlayır
- Azərbaycanda bu tarixdə evlənənlərin sayı rekord vurdu