“Haqqımda qara piar aparırlar. Bu da paxıllıqdan irəli gəlir. Çünki göz önündəyəm”.
BUTA.TV xəbərinə görə, buun bloqer Elçin Ləmbəranski bildirib.
“Bəziləri bildirir ki, guya demişəm ki, Azərbaycandan Türkiyəyə yardım kampaniyasını mən təşkil etmişəm. TikTok, “İnstagram” platformalarından videolarımı izləyin, yardım kampaniyasını təşkil etdiyinə görə Heydər Əliyev Fonduna, Türkiyənin Azərbaycandakı səfirliyinə təşəkkür etmişəm. Videolarımın birində də demişəm ki, yardımla bağlı ilk çağırış məndən olub. Çağırış etdikdən sonra insanlar xəbərdar oldular, axın etdilər. Deyirlər ki, yardım kampaniyasını kimlərsə öz adına çıxmaq istəyir. Bu dəfə də birinci ola bilmədiniz, ona görə də Elçin Ləmbəranskiyə qarşı qara piar həyata keçirdiniz. Məni zəiflədə bilməyəcəksiniz. Səhvim yoxdur ki kimdənsə çəkinəm.
Məni təxribata çəkirlər, bəziləri mənə ilişir... Bacarmayacaqlar. Bir gün vəzifəm olsa, mənə elə yaltaqlanacaqsınız ki. Şərdən, böhtandan əl çəkin. Dövlətin polisi, təhlükəsizlik xidməti kimin nə işlə məşğul olduğunu yaxşı bilir”, - E.Ləmbəranski qeyd edib.
- İki maşın toqquşdu: ölənlər var - Video
- Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirdi
- 1 meyit başı üçün 7650 manat ödənilir - Video
- Xızı–Altıağac yolu çökdü: AAYDA-dan reaksiya - Video
- Xocavənd sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirildi
- Xanım deputatımızın bu çıxışı tənqid edildi - Video
- Bu həftə ardıcıl 3 gün iş olmayacaq
- Bakı-Ağstafa-Bakı qatarına əlavə reyslər təyin edildi