Türkiyədəki zəlzələdən sonra ali məktəblərin onlayn tədrisə keçməsi azərbaycanlı tələbələrin geri qayıtması məsələsini yenidən gündəmə gətirib. Təyyarə biletlərinin bahalığı isə onların geri qayıtmasına əsas maneədir. Bununla bağlı valideynlər sosial şəbəkələrdə öz narazılıqlarını bildirirlər.
Məsələ ilə bağlı BUTA.TV-a açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, quru sərhədləri mütləq açılmalıdır.
“Həqiqətən də bu məsələ hamını narahat edir. Xüsusilə də tələbələrimizin Türkiyədən qayıtması ilə bağlı dövlət mütləq qəti tədbirlər görməlidir. Tələbə statusunda olan bütün şəxslərin quru yolla qayıtmasını təmin etmək lazımdır. Yəni buna hər hansı maneə artıq ola bilməz. Hər kəs böyük bir narahatlıq içindədir”, - millət vəkili deyib.
Onun sözlərinə görə, bu məsələyə kateqoriya üzrə yanaşmaq lazımdır:
“Quru sərhədlərin bağlanması tələbələrə şamil edilməməlidir. Çünki tələbələri təyyarə biletinə möhtac qoymaq olmaz. Rahat yolla qayıtması mümkündürsə, bunu təmin etmək lazımdır”.
- Ərdoğan Rüstəm Behrudinin şeirini oxudu - Video
- Mehdiyevdən sonra iki böyük vəzifəli şəxs həbs olunacaq
- Leyla Əliyeva Şamaxı sakinlərinin qonağı oldu - Video
- Gizir Xanıya şəhidlik statusu verildi
- Qafan–İrəvan yolunda Azərbaycan bayrağı - Video
- Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi
- Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı tapşırıq
- Ermənistan sülhlə bağlı səmimi görünmür