Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz silah saxlamaqda təqsirləndirilən Fuad Məmmədxanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
BUTA.TV xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə F. Məmmədxanov 3 il 6 ay azadlıqdan məhrum edilib.
İttihama görə, F. Məmmədxanov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb.
Onun üzərindən tapança aşkar edilərək götürülüb.
Qeyd edək ki, kriminal aləmlə əlaqəli olduğu deyilən F. Məmmədxanov "Kürd" ləqəbi ilə tanınırmış.
- Ərdoğan Rüstəm Behrudinin şeirini oxudu - Video
- Mehdiyevdən sonra iki böyük vəzifəli şəxs həbs olunacaq
- Leyla Əliyeva Şamaxı sakinlərinin qonağı oldu - Video
- Gizir Xanıya şəhidlik statusu verildi
- Qafan–İrəvan yolunda Azərbaycan bayrağı - Video
- Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi
- Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı tapşırıq
- Ermənistan sülhlə bağlı səmimi görünmür