1979-cu il inqilabının tanınmış simaları və şah dövründə həbs edilən 122 nəfər bəyanat yayıb. Tehran rejimini inqilab dəyərlərinə xəyanətdə ittiham ediblər.
BUTA.TV xəbər verir ki, Müsəlman İnqilabçılar Qrupunun üzvləri bunu 1979-cu il inqilabının 44-cü ildönümü ilə bağlı yaydıqları bəyanatda bildiriblər.
“Bu rejim inqilabçıların bütün arzularını puç etdi və ondan bizə sadəcə şirin xəyallar qaldı. Hakimiyyət ölkəni sürətlə uçuruma doğru aparmaqdadır. Din adı altında şah dövründə olduğundan daha qəddar diktatorluq sistemini gücləndirməkdədir”, - bəyanatda bildiriblər.
Bəyanatı imzalayanlar arasında Fəzlullah Salavati, Əlirza Sadiqi, Lütfullah Meysəmi və başqa nüfuzlu şəxslər var.
- Ərdoğan Rüstəm Behrudinin şeirini oxudu - Video
- Mehdiyevdən sonra iki böyük vəzifəli şəxs həbs olunacaq
- Leyla Əliyeva Şamaxı sakinlərinin qonağı oldu - Video
- Gizir Xanıya şəhidlik statusu verildi
- Qafan–İrəvan yolunda Azərbaycan bayrağı - Video
- Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi
- Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı tapşırıq
- Ermənistan sülhlə bağlı səmimi görünmür