Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov Binəqədi rayonu ərazisində yerləşən torpaq sahəsini satıb.
Axar.az-a daxil olan məlumatda bildirilir ki, artıq alqı-satqı baş tutub və Əli Həsənov torpağın satışından 12 milyon manat əldə edib.
Belə ki, Təchizatçı ASC-nin adına olan torpaq sahəsi Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3097-ci məhəllə, 14B ünvanında yerləşir. Torpaq sahəsinin ölçüsü təxminən 1.7 hektara yaxındır. Ərazi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən çıxarışda torpaq sahəsi əmlak kompleksi müəssisəsi kimi göstərilib.
Təchizatçı ASC ərazini tam pay sahibi kimi 2016-cı ildə qeydiyyatdan keçirib.
Emin Ağalarov atasının ikinci evliliyindən danışdı - “Mediadan öyrəndim”+Video
Qeyd edək ki, Təchizatçı ASC-nin qanuni təmsilçisi Azər Kalam oğlu Vəliyevdir. Əli Həsənov və onun xanımı Sona Vəliyevanın yaxın qohumu olan Azər və Fərmayıl Vəliyevlər PA-nın sabiq şöbə müdirinin biznes imperiyasını idarə edirlər.
“Təchizatçı” adı ilə ünvanı Heydər Əliyev-181 və Ziya Bünyadov-15 olmaqla, onlarla qurum qeydiyyatdan keçib.
- "Azərbaycan Dəmir Yolları" mayda yükdaşımanı 23% artırıb
- Turanın axtarışları davam edir - Foto
- “Azərsun Holdinq” Biləsuvar Konserv Zavoduna mediatur təşkil edib
- Naxçıvanda 2800 illik yazı: Ermənilərə istinadla tərcümə edilib?
- Xaricdə təhsil üzrə sənəd qəbulu başa çatdı
- Prezident fərman imzaladı
- Prezidentdən Ramiz Fətəliyevlə bağlı sərəncam
- “Bakcell”in yeni baş icraçı direktoru o seçildi