Hündürmərtəbəli binalardakı əsas təhlükə onların birinci mərtəbəsindədir. Həmin mərtəbədə əsasən qeyri-yaşayış sahələri olur və burada arakəsmə divarları yoxdur, ancaq beton sütunlardır.
BUTA.TV xəbər verir ki, bunu beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev qeyd edib.
O bildirib ki, arakəsmələrdə istifadə olunan kərpiclərin də təzyiqə qarşı müqavimət gücü olmur:
“Giriş mərtəbəsində sağlam divarlar olmadığından mövcud beton sütunların da nə qədər dözümlü olacağı sual yaradır. Bir zəlzələ halında həmin sütunlar üstündəki ağırlığın təsirilə dərhal qırılır, həmçinin, üst hissə nə qədər sağlam olsa da, hər şey dağılır. Ona görə belə binalarda FHN giriş və ikinci mərtəbələrdə əlavə gücləndirici vasitələr quraşdırılmasını tələb etməlidir. Bu, yerinə görə divar, əlavə dəmir konstruksiya, ya da sütunların qalınlaşdırılması ola bilər”.
- İyul imtahanları öncəsi mühüm xəbərdarlıq
- Ürəyi ikinci dəfə dayanan Eriksendən ilk - Açıqlama
- Bu restorana şortla giriş qadağan edildi - Video
- Avtobusdan istifadə edənləri sevindirən qərar
- Ərdoğanın dəvəti ilə Türkiyəyə getdi
- Bu xanım şöbə müdiri təyin edildi
- Turanın axtarışları davam edir - Foto
- Naxçıvanda 2800 illik yazı: Ermənilərə istinadla tərcümə edilib?