“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika klubu “Gent”lə keçirəcəyi oyuna görə, fevralın 16-dan 17-nə keçən keçə metronun “Gənclik”, “Nərimanov” və “28 May” stansiyaları saat 01:00-a qədər işləyəcək.
BUTA.TV xəbər verir ki, bu barədə “Qarabağ” rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, matçın gec başa çatacağı nəzərə alınaraq, Bakı Metropoliteni QSC-yə müraciət ünvanlanıb. Bu müraciətə Bakı Metropoliteni QSC tərəfindən müsbət cavab verilib.
Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarbaağ”-“Gent” oyunu saat 21:45-də başlayacaq.
- İyul imtahanları öncəsi mühüm xəbərdarlıq
- Ürəyi ikinci dəfə dayanan Eriksendən ilk - Açıqlama
- Bu restorana şortla giriş qadağan edildi - Video
- Avtobusdan istifadə edənləri sevindirən qərar
- Ərdoğanın dəvəti ilə Türkiyəyə getdi
- Bu xanım şöbə müdiri təyin edildi
- Turanın axtarışları davam edir - Foto
- Naxçıvanda 2800 illik yazı: Ermənilərə istinadla tərcümə edilib?