Türkiyədəki görüntülər dəhşətlidir. Bu faciədir. Dövlətimin ən kiçik dərəcədə olsa belə sadə insanların fəlakətdən xilas edilməsindəki yardımına sevinirəm. Amma digər tərəfdən ölkəmin səlahiyyətlilərinin bu cür nalayiq hərəkətlərindən vətəndaş olaraq utanıram.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanda Alternativ Layihələr Qrupunun üzvü Vaqe Ovannisyan deyib.
“Türkiyəyə yardım göndərib diplomatiya nümayiş etdirməklə, özünü PR etmək tamam fərqli şeylərdir. Bu, bir halda humanizm, digər halda isə cəhalətdir. Bir halda, bu, nəcib bir addım, digərində ləyaqətsiz davranışdır. Əslində Türkiyəyə yardım göndərilməsi dövlətlərarası münasibətlərdə müəyyən rol oynaya bilərdi, amma vulqar əyalət piarı olmasaydı. Nikolun komandası yardımı reklama çevirməklə hər şeyi məhv etdi.
Məğlub olmuş və sıxışdırılmış dövlətlər və cəmiyyətlər üçün milli və dövlət ləyaqəti ideyası çox önəmlidir. Müharibədə uduzmaq olar, amma heç vaxt milli ləyaqətin alçaldılmasına yol verməyin. Məğlubiyyətdən tədricən sağalmaq olar, lakin ləyaqət itkisindən sağalmaq demək olar ki, mümkün deyil. Ləyaqəti tapdanan xalqlar ciddi bir şeyə qadir deyillər.
Burada ən təhlükəlisi odur ki, Türkiyə bu hiyləni başa düşdü və səliqəli şəkildə bundan istifadə etdi. Bizim cəmiyyət isə təbii ki, yenə nəyin doğru, nəyin yanlış olduğuna qərar verə bilmədi. Çünki xalqımız yolunu itirib və nəinki öz fikrini formalaşdıra, hətta inciyə də bilmir”, – o bildirib.
- İyul imtahanları öncəsi mühüm xəbərdarlıq
- Ürəyi ikinci dəfə dayanan Eriksendən ilk - Açıqlama
- Bu restorana şortla giriş qadağan edildi - Video
- Avtobusdan istifadə edənləri sevindirən qərar
- Ərdoğanın dəvəti ilə Türkiyəyə getdi
- Bu xanım şöbə müdiri təyin edildi
- Turanın axtarışları davam edir - Foto
- Naxçıvanda 2800 illik yazı: Ermənilərə istinadla tərcümə edilib?