Türkiyədə çoxsaylı insan tələfatına səbəb olan zəlzələlərdə qardaş ölkəyə ilk yardım əlini uzadan Azərbaycan Adıyaman, Qəhrəmanmaraş və Hatayda konteyner şəhəri salacaq.
BUTA.TV xəbər verir ki, bunu Report-a açıqlamasında "Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri" Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfırat bildirib.
Bununla əlaqədar hazırda Adıyamanda olan H.Büyükfırat deyib ki, zəlzələ baş verən ilk andan Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycandakı bütün aidiyyəti təşkilatlar səfərbər olub.
Azərbaycandan böyük miqdarda yardım gəldiyini deyən TÜİB sədri bildirib ki, hazırda ölkəmiz Türkiyənin zəlzələ baş verən bütün bölgələrinə dəstək vermək əzmindədir:
Emin Ağalarov atasının ikinci evliliyindən danışdı - “Mediadan öyrəndim”+Video
“Hazırda biz Adıyamanda 1 000 konteynerlik şəhər quracağıq. Azərbaycandan gələn TIR-ları Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Adıyamandakı mərkəzinə aparırıq".
H.Büyükfırat deyib ki, konteyner şəhərində bütün sosial təminat qurulacaq:
“Əvvəlcə Adıyamanda, daha sonra Hatay və Qəhrəmanmaraşda koordinasiyalı və tam mütəşəkkil bir sahə yaradılacaq”.
Adıyamana 4, Qəhrəmanmaraşa isə 20-yə yaxın TIR-la yardım çatdırdıqlarını vurğulayan TÜİB sədri Azərbaycandan gələn yardımların Türkiyənin Azərbaycandakı Səfirliyinin koordinasiyası ilə göndərildiyini qeyd edib.
- "Azərbaycan Dəmir Yolları" mayda yükdaşımanı 23% artırıb
- Turanın axtarışları davam edir - Foto
- “Azərsun Holdinq” Biləsuvar Konserv Zavoduna mediatur təşkil edib
- Naxçıvanda 2800 illik yazı: Ermənilərə istinadla tərcümə edilib?
- Xaricdə təhsil üzrə sənəd qəbulu başa çatdı
- Prezident fərman imzaladı
- Prezidentdən Ramiz Fətəliyevlə bağlı sərəncam
- “Bakcell”in yeni baş icraçı direktoru o seçildi