Magistral xətdə baş verən qəza Sumqayıtın bir hissəsini susuz qoyub.
BUTA.TV-ın məlumatına görə, Ceyranbatan su anbarında Sumqayıt şəhərinə gələn 600 mm-lik magistral su xəttinin Yaşıldərə yaşayış massivindən keçən hissəsində qəza baş verib.
Qəza ilə əlaqədar Sumqayıt şəhərində 1-ci mikrorayonun bir hissəsi, 2, 4, 5, 6, 11, 12, 13, 17-ci mikrorayonlarda, 5, 9, 34 və 45-ci məhəllələrə verilən içməli suyun verilişi dayandırılıb.
Sumqayıt Sukanal İdarəsindən bildirilib ki, qəza aradan qaldırıldıqdan sonra suyun verilişi bərpa ediləcək.
- İyul imtahanları öncəsi mühüm xəbərdarlıq
- Ürəyi ikinci dəfə dayanan Eriksendən ilk - Açıqlama
- Bu restorana şortla giriş qadağan edildi - Video
- Avtobusdan istifadə edənləri sevindirən qərar
- Ərdoğanın dəvəti ilə Türkiyəyə getdi
- Bu xanım şöbə müdiri təyin edildi
- Turanın axtarışları davam edir - Foto
- Naxçıvanda 2800 illik yazı: Ermənilərə istinadla tərcümə edilib?