Şair, publisist Qəşəm Nəcəfzadə Birinci vitse-prezident Mehriban Əliyevanın ona Bakıda mənzil hədiyyə etməsinə münasibət bildirib.
Q.Nəcəfzadə açıqlamasında Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.
“Bu, çox böyük qayğı, diqqətdir. Həmişə ziyalılarımıza, mədəniyyət xadimlərimizə qayğı göstərirlər. Mənə göstərilən də həmin o qayğılardan biridir”, - o deyib. Q.Nəcəfzadə oğlu Kəramət Böyükçölün onu təbrik edib-etməməsinə isə belə cavab verib: “Əlbəttə, Kəramət niyə təbrik etməsin ki? O da çox sevinir…”
O, “Qəşəm Nəcəfzadənin hökumətə münasibəti loyal olsa da, oğlu Kəramət Böyükçöl müxalifdir” deyənlərə, bəzilərinin bunu “şou” adlandırmasına da münasibət bildirib: “Vallah, bu barədə heç bir münasibət bildirmirəm. Nə deyim? Camaat durub elə şeylər deyir ki. Belə olmaz. Bu, ev məsələsidir, könül məsələsidir. Kəramət də çox sevinir, mən də. Evimiz-eşiyimiz ailəmizindir. Burada pis nə var ki?”
- Ümid edirik ki, qazla bağlı Bakı ilə razılaşacağıq - Kobaxidze
- Mais Bərxudarov görün kimlərlə görüşdü - Foto
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi