Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk adından Türkiyədə dağıdıcı zəlzələlərdən zərərçəkmiş insanlar üçün humanitar yardım göndərilib.
BUTA.TV xəbər verir ki, yardımı daşıyan “Aurelia” adlı gəmi fevralın 15-də Neapol limanından yola düşüb və iki gün sonra Türkiyənin Hatay vilayətinin İsgəndərun limanına çatacaq.
Papa Fransisk Tvitter hesabında yardımla bağlı qeyd edib:
“Türkiyədə və Suriyada zəlzələdən əziyyət çəkənləri unutmayaq. Həlak olanlar və onların yaxınları üçün dua etməyə davam edək. Sağ qalanlara kömək etmək üçün konkret öhdəlik götürək. Rəbbim bu dəhşətli faciədən əziyyət çəkən insanlara təsəlli versin”.
- Sabah Bakının bu qəsəbələrində qaz olmayacaq
- Qırmızıda keçdi, irad bildirən sürücünün də maşınını vurdu - Video
- İşıqforda başlayan dava qəza ilə bitdi - Video
- İyul imtahanları öncəsi mühüm xəbərdarlıq
- Ürəyi ikinci dəfə dayanan Eriksendən ilk - Açıqlama
- Bu restorana şortla giriş qadağan edildi - Video
- Avtobusdan istifadə edənləri sevindirən qərar
- Ərdoğanın dəvəti ilə Türkiyəyə getdi