“Qarabağ” çox yaxşı komandadır. UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış edib və bu mövsüm pley-offadək irəliləyib. Məncə, Belçika çempionları örnək götürməlidir.
BUTA.TV xəbər verir ki, bunu UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda Ağdamın “Qarabağ” klubunun qonağı olacaq Belçikanın “Gent” komandasının baş məşqçisi Heyn Vanhazebruk mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, komanda 30 min azarkeşin önündə çıxış edəcək. Bu, həyəcan doğurur. Çətin matç olacaq. Bizim üçün qalibiyyət çox yaxşı nəticə olardı. Amma heç-heçəni də yaxşı nəticə hesab etmək olar. Hətta az top fərqi ilə məğlubiyyətə də yaxşı demək mümkündür. Çünki cavab oyunu Belçikada gerçəkləşəcək. Lakin onu da deməliyəm ki, rəqib həm evdə, həm də səfərdə yaxşı oyun sərgiləyir.
“Qarabağ” klubuna “Qafqazın “Barselona”sı deyildiyini bilmirdim. Amma meydanda çox yaxşı oyun göstərirlər”, - deyə baş məşqçi əlavə edib.
Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Cavab görüşü fevralın 23-də Gentdə olacaq.
- Bu ərazilərdə işıq olmayacaq
- Belarus klubu ev oyunlarını Sumqayıtda keçirəcək
- Sabah Bakının bu qəsəbələrində qaz olmayacaq
- Qırmızıda keçdi, irad bildirən sürücünün də maşınını vurdu - Video
- İyul imtahanları öncəsi mühüm xəbərdarlıq
- Ürəyi ikinci dəfə dayanan Eriksendən ilk - Açıqlama
- Bu restorana şortla giriş qadağan edildi - Video
- Avtobusdan istifadə edənləri sevindirən qərar