Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 17 yeni yoluxma faktı qeydə alınıb, 33 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BUTA.TV-a verilən məlumata görə, xəstəlikdən iki nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 828 292 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 071 nəfər müalicə olunaraq sağalıb, hazırda 120 aktiv xəstə var. Bu günə qədər 10 101 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 480, bu günə qədər isə ümumilikdə 7 510 900 test icra olunub.
- Belarus klubu ev oyunlarını Sumqayıtda keçirəcək
- Sabah Bakının bu qəsəbələrində qaz olmayacaq
- Qırmızıda keçdi, irad bildirən sürücünün də maşınını vurdu - Video
- İyul imtahanları öncəsi mühüm xəbərdarlıq
- Ürəyi ikinci dəfə dayanan Eriksendən ilk - Açıqlama
- Bu restorana şortla giriş qadağan edildi - Video
- Avtobusdan istifadə edənləri sevindirən qərar
- Ərdoğanın dəvəti ilə Türkiyəyə getdi