Böyük Britaniyanın Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin istifadə etməsi üçün kamikadze pilotsuz təyyarələrin yaradılması proqramına nəzarət edir.
BUTA.TV xəbər verir ki, bu barədə “The Drive” nəşri Britaniyanın müvafiq məxfi proqramda iştirak edən “QinetiQ” müdafiə texnologiyası şirkətinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Böyük Britaniya Müdafiə Nazirliyinin rəhbərliyi altında bir neçə eksperimental pilotsuz uçuş aparatı hazırlanıb. Aparatların uçuş sınaqları keçirilib və bir hissəsi Ukraynaya göndəriləcək. Onlar arasında delta qanadlı 3D çaplı kamikadze dron da var.
Bildirilir ki, proqramda ümumilikdə təyyarələrin hazırlanması ilə məşğul olan beş şirkət iştirak edib.
- Ümid edirik ki, qazla bağlı Bakı ilə razılaşacağıq - Kobaxidze
- Mais Bərxudarov görün kimlərlə görüşdü - Foto
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi