Ermənistan Baş naziri Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransında Cənubi Qafqazla bağlı panel diskussiyalarına qatılmaq razılığı verib.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, artıq bununla bağlı Münhen Təhlükəsizlik Konfransının rəsmi saytında da məlumat yerləşdirilib. Belə ki, panel diskussiyanın iştirakçıları sırasına Nikol Paşinyanın da adı əlavə edilib.
Qeyd edək ki, bu gün Münhen Təhlükəsizlik Konfransında Cənubi Qafqazdakı vəziyyətlə bağlı diskussiyalar aparılacaq. 45 dəqiqə davam edəcək müzakirə yerli vaxtla 19:30-da başlayacaq. Müzakirələrdə Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstan Baş naziri İrakli Qaribaşvili, ATƏT-in Baş katibi Helqa Şmidt iştirak edəcək. Üstəlik, Müzakirənin moderatorluğunu isə Münhen Təhlükəsizlik Konfransının prezidenti Kristof Xoysqen edəcək.
- Eldar Əzizovun oğlu yüksək vəzifəyə təyin olundu
- Vurulan gəmidə olan azərbaycanlıdan xəbər yoxdur - Video
- Bu gecə “qovuşurlar”
- Belarus klubu ev oyunlarını Sumqayıtda keçirəcək
- Sabah Bakının bu qəsəbələrində qaz olmayacaq
- Qırmızıda keçdi, irad bildirən sürücünün də maşınını vurdu - Video
- İyul imtahanları öncəsi mühüm xəbərdarlıq
- Ürəyi ikinci dəfə dayanan Eriksendən ilk - Açıqlama