Türkiyədə baş verən zəlzələdən əziyyət çəkən insanlara Azərbaycandan 120-dən çox yük maşını ilə yardım daşınıb. Hazırda da müxtəlif regionlardan, eləcə də Naxçıvandan bu daşımalar davam edir.
Bu sözləri ABADA-nın İdarə Heyətinin üzvi, “Kristal 2008” şirkətinin rəhbəri Azad Cəfərov deyib.
Onun sözlərinə görə, təbii fəlakətdən sonra ölkəmizdən toplanan yardımların daşınması üçün Türkiyə səfirliyindən, qardaş ölkədən olan iş, biznes adamlarından xahişlər daxil olurdu.
Biz də, yəni daşıyıcı şirkətlər bu xahişləri nəzərə alaraq, daşınma qaydalarına uyğun olaraq hazırlanan yardımların müqdarını müəyyən etdikdən sonra 20-dən çox yük maşınını təmənnasız olaraq bu işlərə cəlb etdik.
Sonrakı günlərdə isə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, ABADA tərəfindən birgə koordinasiyalı işlərin görülməsi ilə bağlı qərar qəbul edildi. “Aparılan yardımlara görə, hər hamsısa ödəniş qəbul edilməyib. Bütün şirkətlər, təmənnə güdmədən xidmət göstəriblər. Eyni zamanda yüklərin daşınması ilə bağlı lazımi sənədlər də nazirlik və ABADA tərəfindən təmin edilib”.
A.Cəfərovun sözlərinə görə, fəlakət zonasına yardım aparan TIR-lar Türkiyə ərazisində də yardım, təhcizat, təminat yükərinin daşınmasında da iştirak edirlər. O qeyd edib ki, əlavə olaraq yüzlərlə TIR yardımların qardaş ölkəyə daşınması üçün həzir vəziyyətə gətirilb.
- Eldar Əzizovun oğlu yüksək vəzifəyə təyin olundu
- Vurulan gəmidə olan azərbaycanlıdan xəbər yoxdur - Video
- Bu gecə “qovuşurlar”
- Belarus klubu ev oyunlarını Sumqayıtda keçirəcək
- Sabah Bakının bu qəsəbələrində qaz olmayacaq
- Qırmızıda keçdi, irad bildirən sürücünün də maşınını vurdu - Video
- İyul imtahanları öncəsi mühüm xəbərdarlıq
- Ürəyi ikinci dəfə dayanan Eriksendən ilk - Açıqlama