Paşinyan hakimiyyəti növbəti hərbi əməliyyatlara hazırlaşır və bu əməliyyatlar Ermənistan ərazisində olacaq.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bu iddia ilə “Hayastan” ümumerməni fondunun keçmiş direktoru Ara Vardanyan çıxış edib.
Onun fikrincə, hakimiyyət erməni ictimaiyyətini növbəti təslimiyyətə hazırlayır:
“Buna görə ordunun əvvəlki hakimiyyətin soyğunçuluğu nəticəsində zəiflədiyi haqda tezislər irəli sürürlər. Bu, yeni toqquşmada məğlubiyyəti sığortlamağa hesablanıb. Məncə, Paşinyan artıq müharibənin nəticəsini də müəyyən edib, bu dəfə Zəngəzur (Sünik), Vedi (Ararat) və Dərələyəzin (Vayots Dzor) bir hissəsini təslim edəcəklər”.
Qeyd edək ki, söhbət SSRİ dövründə otlaq və əkin adı ilə Ermənistana verilən ərazilərimizdən, o cümlədən, Qazaxın 7 və Naxçıvanın Kərki kəndindən gedir.
A.Vardanyan iddia edir ki, müharibə Paşinyana bu addımları legitimləşdirmək üçün lazımdır.
- Eldar Əzizovun oğlu yüksək vəzifəyə təyin olundu
- Vurulan gəmidə olan azərbaycanlıdan xəbər yoxdur - Video
- Bu gecə “qovuşurlar”
- Belarus klubu ev oyunlarını Sumqayıtda keçirəcək
- Sabah Bakının bu qəsəbələrində qaz olmayacaq
- Qırmızıda keçdi, irad bildirən sürücünün də maşınını vurdu - Video
- İyul imtahanları öncəsi mühüm xəbərdarlıq
- Ürəyi ikinci dəfə dayanan Eriksendən ilk - Açıqlama