Dünyanın ən böyük turizm sərgisi olan Beynəlxalq Turizm Birjası (İTB) Berlinin təşkilatçıları Ermənistana sərt xəbərdarlıq ediblər.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, ITB Berlin Ermənistanın İqtisadiyyat Nazirliyinə məktub göndərərək sərgi zamanı Dağlıq Qarabağla bağlı məlumatların yer aldığı bukletlərdən, kataloqlardan və digər KİV-lərdən istifadəni qadağan edib.
Tələbi əsaslandırmaq üçün məktubda BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı “Azərbaycan ərazilərinin işğalı”na istinad edən dörd qətnaməsindən bəhs edilir.
Məşhur şirkətin bu addımı Ermənistanın sosial şəbəkə seqmentində əsl çaxnaşma yaradıb. Ermənilər bir-birlərini ittham edirlər.
Keçmiş təhsil və elm naziri Armen Aşotyan sosial şəbəkədə yazıb ki, erməni tərəfi ilk dəfədir ki, belə bir məktub alır. O, baş nazir Nikol Paşinyan və onun komandasını xarici siyasət əlaqələrini düzgün qurmamaqda ittiham edib.
- Eldar Əzizovun oğlu yüksək vəzifəyə təyin olundu
- Vurulan gəmidə olan azərbaycanlıdan xəbər yoxdur - Video
- Bu gecə “qovuşurlar”
- Belarus klubu ev oyunlarını Sumqayıtda keçirəcək
- Sabah Bakının bu qəsəbələrində qaz olmayacaq
- Qırmızıda keçdi, irad bildirən sürücünün də maşınını vurdu - Video
- İyul imtahanları öncəsi mühüm xəbərdarlıq
- Ürəyi ikinci dəfə dayanan Eriksendən ilk - Açıqlama