Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələlərinin müzakirəsi üçün bir neçə platforma var.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev fevralın 18-də Münhendə keçirilən “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda çıxışı zamanı deyib.
“Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələlərinin müzakirəsi üçün bizdə bir neçə platforma var. Onlardan biri belə adlandırılan Brüssel formatıdır.
Dünən Avropa Birliyi Şurasının Prezidenti cənab Şarl Mişellə görüş zamanı biz prosesə tərəfdar olduğumuzu bir daha təsdiqlədik. Bu gün Dövlət katibi Blinkenin təşkil etdiyi üçtərəfli görüşdə də biz Brüssel prosesini üçtərəfli format kimi müzakirə etdik. Fikrimcə, hamı başa düşür ki, bu, yalnız AB, Azərbaycan və Ermənistanın daxil olduğu üçtərəfli formatdır”, - dövlət başçısı bildirib.
- Trampdan Netanyahuya sərt xəbərdarlıq - “Tezliklə tək qalacaqsan”
- Eldar Əzizovun oğlu yüksək vəzifəyə təyin olundu
- Vurulan gəmidə olan azərbaycanlıdan xəbər yoxdur - Video
- Bu gecə “qovuşurlar”
- Belarus klubu ev oyunlarını Sumqayıtda keçirəcək
- Sabah Bakının bu qəsəbələrində qaz olmayacaq
- Qırmızıda keçdi, irad bildirən sürücünün də maşınını vurdu - Video
- İyul imtahanları öncəsi mühüm xəbərdarlıq