Erməni separatçılarının “dövlət naziri” Ruben Vardanyanın bu “vəzifədə” çalışmasının 100 günü ilə bağlı açıqlamasında diqqət çəkən məqam var.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Vardanyan “100 günün 67-nin blokada şəraitində” işlədiyini və “bölgənin kollapsa yuvarlanmadığını” deyib:
“Vardanyan bildirib ki, xarici təzyiqlə yanaşı daxildəki müxalifət də planlarımızı əngəlləyə bilmədi. Onun cümləsinin ikinci hissəsi diqqət çəkir. Ruben Vardanyan ilk dəfə etiraf etdi ki, separatçılar içərisində ona mane olmaq istəyənlər (separatçılar içərisində parçalanma - red) var”.
Politoloq bildirib ki, Vardanyan öz xoşu ilə getməyəcək – ya Moskva geri çağırmalı, ya da göndərməliyik.
- Trampdan Netanyahuya sərt xəbərdarlıq - “Tezliklə tək qalacaqsan”
- Eldar Əzizovun oğlu yüksək vəzifəyə təyin olundu
- Vurulan gəmidə olan azərbaycanlıdan xəbər yoxdur - Video
- Bu gecə “qovuşurlar”
- Belarus klubu ev oyunlarını Sumqayıtda keçirəcək
- Sabah Bakının bu qəsəbələrində qaz olmayacaq
- Qırmızıda keçdi, irad bildirən sürücünün də maşınını vurdu - Video
- İyul imtahanları öncəsi mühüm xəbərdarlıq