Mahsun Kırmızıgülün Bakı konserti yaşanan maraqlı anlardan biri də onun zalı gəzməsi zamanı baş verib.
Kult.az Publika.az-a istinadla xəbər verir ki, zalı gəzərkən sənətçini mühafizəçilər qorumağa başlayıb. Bu zaman Mahsun “Mənə burada heç nə olmaz. Bilmirsiniz ki, mən özüm Lənkəranlıyam?” - deyə bildirib.
Kırmızıgülün Lənkəran adını çəkməsinə səbəb uzun illərdir azərbaycanlı iş adamı Mübariz Mənsimovla dostluq etməsi olub. Azərbaycanlıları və Azərbaycanı çox sevdiyini dilə gətirən Mahsun Mübariz Mənsimovla yaxın dost olmasını da vurğulayıb.
Mahsun bildirib ki, gələn dəfə Bakı Konqress Mərkəzində yox, daha çox tamaşaçı olması üçün “Crystall Hall”da konsert verəcək. Qeyd edək ki, “Anadolu Events”in təşkil etdiyi tədbirdə 3000-dən çox tamaşaçı iştirak edib.
Qeyd edək ki, müğənni tədbirdən əldə edilən bütün gəliri Türkiyədə zəlzələdən əziyyət çəkənlər üçün bağışlayacaq.
- Ümid edirik ki, qazla bağlı Bakı ilə razılaşacağıq - Kobaxidze
- Mais Bərxudarov görün kimlərlə görüşdü - Foto
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi