BMT-nin Baş katibi Antonio Quterreş ABŞ və Rusiyanı dialoqa və gərginliyin qarşısını almağa çağırıb.
BUTA.TV xəbər verir ki, bunu baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik ABŞ-a məxsus PUA-nın Qara dənizdə Su-27 ilə toqquşması barədə danışarkən deyib.
"Bizdə dəqiq nə baş verdiyi barədə məlumat sıfırdır. Yeganə məlumat mediadandır. BMT Baş katibinin reaksiyası gözlədiyiniz kimi olacaq: o, dialoqa çağıracaq və hər hansı gərginlikdən qaçmağı tövsiyə edəcək", - Düjarrik söyləyib.
Qeyd edək ki, dünən Rusiyaya məxsus Su-27 qırıcısının Qara dəniz üzərində ABŞ-ın MQ-9 pilotsuz uçuş apartına çırpıldığı bildirilir. Nəticədə PUA dənizə düşüb.
- 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- Sosial şəbəkələrdə yaşın yoxlanılması necə olacaq?
- "Highland Residence"də dəniz mənzərəli studiya mənzillər satışda
- Hacıqabulda güclü yanğın başladı - Video
- Bakının bu rayonunda qaz olmayacaq
- Vüqar Behbudov direktoru işdən çıxardı - Yeni təyinat
- Əli Kərimlinin həbs müddəti uzadıldı
- 70 yaşlı kişinin ölümünə eşşək səbəb olub? - Həkim