Gürcüstanın sabiq prezident, hazırda məhkum olunan Mixail Saakaşvili vəziyyəti yaxşılaşan kimi tibbi müdaxilələrə icazə vermir.
BUTA.TV xəbər verir ki, bunu Saakaşvilinin müalicə olunduğu “Vivamedi” klinikasının direktoru Zurab Çxaidze deyib.
“Saakaşvilinin bütün testləri normaldır. Xəstənin əzələlərinin vəziyyətinə gəlincə, o, vaxtının çox hissəsini yataqda keçirdiyindən, bu, ona mənfi təsir edir. Saakaşvili bir sıra prosedurları, məsələn, elektroforez və masajı etməyə başlamışdı. Amma sağalan kimi istənilən tibbi xidmətdən imtina edir”, - o bildirib.
- Anar Bayramova yeni müavin təyin edildi
- TƏBİB-ə direktor müavini təyin olundu
- Laqunda ayağını doğradı, qan itirmədən öldü
- Azərbaycan Braziliya Ciu-citsu İctimai Birliyinin təşkilatçılığı ilə seminar keçirilib
- “Apreldə Bodruma turpaket aldıq, indi əlavə 330 manat istəyirlər”
- Məhərrəm ayı başlayır
- Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
- Sabah yağış yağacaq