Bərdə rayonunda güclü külək dağıntılar yaradıb.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, rayonun bir neçə kəndində fərdi yaşayış evlərinə ciddi ziyan dəyib, habelə, şəhərin bir neçə küçə və prospektində yerləşən hündürmərtəbəli yaşayış binalarının dam örtüyünün bir hissəsini dağıdıb.
Bir neçə saat davam edən güclü külək elektrik təsərrüfatına da ziyan vurub. Elektrik dirəkləri aşıb, xətlər isə qırılıb.
Bundan başqa, şəhərin bir neçə küçəsində irigövdəli ağaclar qırılıb. Qırılmış ağaclar kəsilərək ərazilərdən götürülüb, elektrik xətləri isə bərpa edilir.
Bərdə Rayon İcra Hakimiyyətinin Fövqəladə hallar komissiyasından bildirilib ki, dağıntılarla bağlı araşdırma aparılır, fəsadlar aradan qaldırılır. Qeydiyyat işləri başa çatdıqdan sonra təmir və bərpa işlərinə başlanılacaq.
- Anar Bayramova yeni müavin təyin edildi
- TƏBİB-ə direktor müavini təyin olundu
- Laqunda ayağını doğradı, qan itirmədən öldü
- Azərbaycan Braziliya Ciu-citsu İctimai Birliyinin təşkilatçılığı ilə seminar keçirilib
- “Apreldə Bodruma turpaket aldıq, indi əlavə 330 manat istəyirlər”
- Məhərrəm ayı başlayır
- Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
- Sabah yağış yağacaq