Britaniya kəşfiyyatı məlumatı emal etmək üçün süni intellektdən istifadə edən yeni bölmə yaratmağı planlaşdırır.
BUTA.TV xəbər verir ki, bunu krallığın daxili işlər nazirinin təhlükəsizlik üzrə müavini Tom Tugendhat deyib.
“Süni intellekt kimi texnologiyalardan istifadəyə düzgün diqqət yetirməklə, yeni şöbə açıb, imkanlarımızı əhəmiyyətli dərəcədə genişləndirəcəyik”, - o bildirib.
Nazir müavini qeyd edib ki, yeni şöbə ingilisləri izləməyəcək və alınan kəşfiyyat məlumatları müttəfiqlərlə paylaşılacaq:
“Yeni strukturun büdcəsi isə hələ müəyyən edilməyib”.
Qeyd edək ki, əvvəllər Böyük Britaniya hökuməti süni intellekt sahəsində inkişaf üçün xeyli vəsait ayırırdı.
- Anar Bayramova yeni müavin təyin edildi
- TƏBİB-ə direktor müavini təyin olundu
- Laqunda ayağını doğradı, qan itirmədən öldü
- Azərbaycan Braziliya Ciu-citsu İctimai Birliyinin təşkilatçılığı ilə seminar keçirilib
- “Apreldə Bodruma turpaket aldıq, indi əlavə 330 manat istəyirlər”
- Məhərrəm ayı başlayır
- Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
- Sabah yağış yağacaq