Binəqədi rayonunda sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz odlu silah saxlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs saxlanılıb.
Tədbir zamanı əvvəllər məhkum olunmuş Elşən Həsənzadə tutularaq istintaqa təqdim edilib. Onun üzərinə baxış keçirilərkən 1 ədəd "Revolver" tipli tapança və 10 ədəd patron aşkar edilib. Elşən Həsənzadə odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Faktla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
- Anar Bayramova yeni müavin təyin edildi
- TƏBİB-ə direktor müavini təyin olundu
- Laqunda ayağını doğradı, qan itirmədən öldü
- Azərbaycan Braziliya Ciu-citsu İctimai Birliyinin təşkilatçılığı ilə seminar keçirilib
- “Apreldə Bodruma turpaket aldıq, indi əlavə 330 manat istəyirlər”
- Məhərrəm ayı başlayır
- Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
- Sabah yağış yağacaq