EL AL aviaşirkətinin Tokio - Təl-Əviv reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən BUTA.TV-a bildirilib ki, buna səbəb təyyarədə olan sərnişinin səhhətinin qəflətən pisləşməsi olub.
"Boeing 787-9" təyyarəsi yerli vaxtı ilə saat 21:51-də Bakı hava limanında uğurla eniş edib.
Enişdən dərhal sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb.
- Laqunda ayağını doğradı, qan itirmədən öldü
- Azərbaycan Braziliya Ciu-citsu İctimai Birliyinin təşkilatçılığı ilə seminar keçirilib
- “Apreldə Bodruma turpaket aldıq, indi əlavə 330 manat istəyirlər”
- Məhərrəm ayı başlayır
- Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
- Sabah yağış yağacaq
- Azərbaycan və İran Araz çayı ilə bağlı razılaşdı
- Pensiya alanların nəzərinə!