Mart ayının 30-da İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Moskvaya səfəri zamanı ona qarşı hörmətsizlik edilib.
BUTA.TV Unikal.az-a istinadən xəbər verir ki, nazir rusiyalı həmkarı Sergey Lavrovun onu qarşılaması üçün Rusiya Xarici İşlər Nazirliyinin binasının qarşısında avtomobilində xeyli gözləyib. Lakin Lavrov onu qarşılamağa çıxmayıb.
Abdullahiyan XİN binasına daxil olduqdan sonra Lavrov ona "Görünür, siz maşından düşmək istəmirdiniz" deyə kameralar qarşısında müraciət edib. "Mən gözləyirdim" deyən nazirə rusiyalı həmkarı "Nə gözləyirdiniz?" deyə yenidən kinayə ilə yanaşıb.
Rusiyanın bu addımı İranda XİN rəhbərinin aşağılanması kimi qiymətləndirilib:
"Ruslar bir ölkənin mövqelərindən narazı olanda bunu kamera qarşısında davranışlarında göstərirlər. Putinin Makron və Rəisini qarşılama tərzindən tutmuş, Ərdoğanı görüş üçün qapıda gözlətməsinə qədər... Yəqin ki, Rusiya İranın Ukrayna ilə bağlı mövqeyini dəyişdirdiyinə görə bu addımı atıb".
İranın XİN sözçüsü Tazhan Kənani isə görüntüləri təhrif etməyə çalışıb:
"Təbii ki, nümayəndə heyətinin rəhbəri avtomobilin içərisində onu müşayiət edən digər əsas üzvləri gözləyirdi".
- Azərbaycanda bu mobil operator fəaliyyətini dayandırdı
- Azərbaycana qarşı bu qətnamənin heç bir əsası yoxdur
- Paşinyandan paylaşım: Azərbaycan qatarı Ermənistanda - Video
- Amnistiya tətbiq ediləcək şəxslərin siyahısı... - Nazirlik
- Anar Əsədlinin ev dustaqlığına buraxılması istənildi - Qərar
- Jirinovskinin inanılmaz proqnozları: ABŞ-Rusiya belə razılaşır
- Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı - Qərar
- Putinin mətbuat konfransında xəritə mesajı - Foto