Macarıstan lideri Viktor Orban bildirib ki, AB Ukraynaya sülhməramlı korpus kimi qoşun göndərməyi düşünür. Bu mümkündür? Bəli.
BUTA.TV xəbər verir ki, o bu barədə rusiyalı siyasi ekspert Sergey Markov Feysbuk səhifəsində yazıb.
“1. AB sülhməramlıları adı altında Polşa Ukraynanın qərb bölgələrini faktiki olaraq ilhaq etmək məqsədi ilə öz qoşunlarını Ukraynanın qərbinə göndərməkdən məmnun olacaq.
2. Ukraynada atəşkəs imzalanarsa, AB öz qoşunlarını demarkasiya xəttinə göndərməyə hazır olacaq. Amma Rusiya buna qarşı olacaq, çünki AB neytral deyil, Rusiyaya qarşı müharibənin birbaşa iştirakçısıdır. Lakin AB öz qoşunlarını, sülhməramlı adı altında göndərməkdən məmnun olacaq ki, onlar de-fakto Rusiyaya qarşı orada olsunlar.
3. AB qoşunlarının demarkasiya xəttinə yalnız Ukrayna tərəfdən daxil olması mümkündür.
4. Döyüş əməliyyatlarında iştirak etmək üçün bir neçə NATO ölkəsindən qoşun gətirmək mümkündür. Amma bu, guya sülhməramlıların və guya AB adından tətbiq edilməsi kimi rəsmiləşdiriləcək.
5. ABŞ AB-ni dekabrda Ukraynanın ittifaqa üzvlüyü ilə bağlı qərar verməyə məcbur edir. Bu, AB və NATO ölkələrinin qoşunlarının hərbi əməliyyatlarda iştirakı məqsədilə Ukraynaya gətirilməsi üçün əsas olacaq. Onlar sülhməramlı kimi rəsmiləşdiriləcək”.
- Putinin onu təbrik etməməsinə ironiya ilə cavab verdi
- Anar Bayramova yeni müavin təyin edildi
- TƏBİB-ə direktor müavini təyin olundu
- Laqunda ayağını doğradı, qan itirmədən öldü
- Azərbaycan Braziliya Ciu-citsu İctimai Birliyinin təşkilatçılığı ilə seminar keçirilib
- “Apreldə Bodruma turpaket aldıq, indi əlavə 330 manat istəyirlər”
- Məhərrəm ayı başlayır
- Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz