Aprelin 18-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Polşanın paytaxtı Varşava şəhərinə rəsmi səfərə gedib.
BUTA.TV xəbər verir ki, S.Qafarova səfər çərçivəsində bu ölkənin Prezidenti Andjey Duda ilə görüşüb.
"Cənab Andjey Duda ilə görüşməkdən böyük məmnunluq duyduq. Görüşdə bir daha ölkələrimizin hər zaman dost ölkələr olduğu, bu münasibətlərimizin ildən-ilə daha da inkişaf etdiyi qeyd olundu", - spiker bildirib.
Qeyd edək ki, S. Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin tərkibinə deputatlar - Səttar Möhbalıyev, Vüqar Bayramov, Elman Məmmədov, Məşhur Məmmədov və digər rəsmi şəxslər daxildirlər.
Səfər çərçivəsində Milli Məclisin sədri Polşa Seyminin və Senatının sədrləri ilə görüşləri, həmçinin “Azərbaycanda Polşa irsinin inciləri” sərgisinin açılışında və Varşava Universitetində çıxışları nəzərdə tutulub.
- Paşazadə 10 yepiskopla görüşsə... - Badalyan
- Türkiyə də Ukrayna müharibəsinə sürüklənir: Tərəf seçə bilər
- İlham Əliyev Piterə gələ bilər - Peskov
- Vardanyanın saxlanma şəraiti ilk dəfə göstərildi - Video
- Hökumə Əliyevanın ailə üzvləri Aktauya getdi - Video
- Rusiyanın Türkiyəyə qarşı təxribatı - Nə baş verir?
- Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
- Ermənistana investisiyalar Türkiyə üçün risklər yaradır