Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində qanunsuz ov etmə faktı ilə bağlı araşdırma aparılıb.
Bu barədə BUTA.TV-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Araşdırmalar zamanı Şabran rayonu ərazisində yerləşən ovçuluq təsərrüfatının ərazisində “Harayçı qu”, habelə ovlanması tamamilə qadağan olunmuş Azərbaycan Respublikasının “Qırmızı kitabı”na daxil edilmiş “Fısıldayan qu” quşlarının qanunsuz olaraq ovlanması nəticəsində təbiətə külli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin 258.2.1 (külli miqdarda ziyan vurnaqla qanunsuz ov etmə) və 258.2.3-ci (ovlanması tamamilə qadağan edilmiş quşları ovlama) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.
- Rüfət Səfərov 8 il müddətinə həbs edildi
- Sosial şəbəkələr çökdü
- Feysbuk, İnstaqram və Vatsap veb çökdü - Yenilənib
- FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edildi
- Əli Əsədov yeni qərar imzaladı
- İlqar Hacıyevə yüksək vəzifə verildi
- Bakı Limanında quru yük aşırılması 77% artıb
- Hirkan Milli Parkında şəlalədə çimərkən batdı