Rusiyanın Yekaterinburq şəhərində reklam üçün istifadə edilən elektron lövhələrə müdaxilə edilib və orada Ukrayna ilə döyüşə göndərilən hərbçilərin və onların yaxınlarının cəbhədəki ağır vəziyyətlə bağlı yazışmaları əks olunub.
BUTA.TV xəbər verir ki, yerli sakinlər elektron reklam lövhələrinin fotolarını çəkərək sosial şəbəkələrdə paylaşıblar.
Reklam lövhələrinin birində qeyd olunub ki, Ukraynaya döyüşə göndərilən rusiyalı hərbçilər yemək tapmırlar, üstəlik, köhnə pulemyotlarla silahlanıblar.
“Hərbi avadanlığın yarısı yarı yolda xarab olub. Çağırışçılar harada olduqlarını anlamırlar və geri çəkilmək istəyəndə dərhal öz silahdaşları tərəfindən atəşə tutulurlar. Meşədə çoxlu meyit var və heç kim onları ərazidən çıxarmır”.
Digər elektron reklam lövhələrində də Rusiya ordusunun ağır durumunu təsvir edən yazılar öz əksini tapıb.
- Rüfət Səfərov 8 il müddətinə həbs edildi
- Sosial şəbəkələr çökdü
- Feysbuk, İnstaqram və Vatsapdakı problem aradan qalxdı - Yenilənib
- FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edildi
- Əli Əsədov yeni qərar imzaladı
- İlqar Hacıyevə yüksək vəzifə verildi
- Bakı Limanında quru yük aşırılması 77% artıb
- Hirkan Milli Parkında şəlalədə çimərkən batdı