Rusiya ordusu Baxmutda hücum əməliyyatlarını dayandıra bilər.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Roman Svitan deyib.
Polkovnik qeyd edib ki, Rusiya qoşunları cəbhənin bəzi sektorlarında mübarizənin mənasız olduğunu görüncə geri çəkilə bilərlər:
"Düşmənin prioritetləri dəyişə bilər - Luqansk işğalçılar üçün əsas istiqamətə çevrilə bilər, eyni zamanda onlar Donetsk, Xerson və Zaporojye istiqamətlərində müəyyən ərazilərdən geri çəkilə bilərlər".
Ekspert qeyd edib ki, ruslar Donetsk vilayətinin Avdeyevka yaxınlığında ukraynalı müdafiəçilərin möhkəmləndirilmiş ərazisinə daxil olublar:
"Düşmənin orada irəliləyişini davam etdirməsi üçün heç bir hərbi zərurət yoxdur. Bunun səbəbi uğursuz olmalarıdır və Avdeyevkanı mühasirəyə ala bilməyəcəklər".
- Paşazadə 10 yepiskopla görüşsə... - Badalyan
- Türkiyə də Ukrayna müharibəsinə sürüklənir: Tərəf seçə bilər
- İlham Əliyev Piterə gələ bilər - Peskov
- Vardanyanın saxlanma şəraiti ilk dəfə göstərildi - Video
- Hökumə Əliyevanın ailə üzvləri Aktauya getdi - Video
- Rusiyanın Türkiyəyə qarşı təxribatı - Nə baş verir?
- Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
- Ermənistana investisiyalar Türkiyə üçün risklər yaradır